İDMAN
Dieqo Maradona “Napoli”nin səfiri olacaq
Bakı, 16 yanvar, AZƏRTAC
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın “Napoli” klubunun səfiri olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: “Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı “Yuventus”, “Milan”, “İnter” və “Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.
Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]