ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda yeni lüğətlər hazırlanır
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və Şəbnəm Həsənli-Qəribova tərəfindən “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və tətbiqi dilçilik şöbəsinin əməkdaşlarının tərtib etdikləri “Yeni sözlər və yeni mənalar lüğəti” hazırlanıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva AZƏRTAC-a deyib ki, hər iki lüğət yaxın günlərdə çap olunmaq üçün nəşriyyata təqdim olunacaq.
“Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”nin redaktorları akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, rəyçiləri professorlar Q.Məşədiyev, N.Məmmədli və İ.Məmmədovdur.
“Yeni sözlər və yeni mənalar lüğəti”nin redaktoru professor İ.Məmmədli, rəyçiləri professorlar B.Xəlilov və S.Sadıqovadır.