ELM VƏ TƏHSİL


Dilçilik elminin inkişafına töhfə

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik İnstitutunun əsərləri” jurnalının ikinci nömrəsi çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın yeni nömrəsində dil tarixi və dialektologiya, Azərbaycan dili və terminologiya, nəzəri dilçilik, türk dillərinə aid məqalələr yer alıb. Girişdə görkəmli şərqşünas, “Tuti Bikə” mükafatına layiq görülən tədqiqatçı alim, professor Roza Eyvazovanın 80 illik yubileyinə aid məqalələr maraq doğurur.

Jurnalın baş redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, buraxılışa məsul şəxs isə elmi işçi Vəfa İbişovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.