CƏMİYYƏT


Dillər Universiteti Konfutsi İnstitutunun əməkdaşı Çində yüksək səviyyəli tərcüməçilik kursu keçib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) Konfutsi İnstitutunun əməkdaşı, ADU-nun Çin dili müəllimi Könül Abbasova Pekində Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyi tərəfindən Avrasiya ölkələri üçün təşkil olunmuş yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, kursların açılış mərasimində ÇXR Xarici İşlər Nazirliyinin Afrika və Asiya ölkələri şöbəsinin nümayəndələri və Pekin Xarici Dillər Universitetinin müəllimləri çıxış ediblər. Bildirilib ki, kursların əsas məqsədi Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarını təkmilləşdirməkdir.

ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov təşkil olunan kursların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, rəhbərlik etdiyi institutun əməkdaşının həmin kurslarda iştirakının əsas məqsədi ADU-da Konfutsi İnstitutu tərəfindən yaradılmış informasiya bazasının ictimai-siyasi materiallar və rəsmi sənədlərlə zənginləşdirilməsidir.

Kurslarda Rusiya, Moldova, Türkmənistan, Belarus və bir sıra digər ölkələrin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.