CƏMİYYƏT


Dillər Universitetində “Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində” mövzusunda seminar

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov musiqi incəsənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, tanınmış müğənnilərimizin və musiqiçilərimizin Çinə qastrol səfərləri haqqında danışıb, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanmış sazişin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova türk Asiyasının ənənəvi musiqi incəsənətinin İpək yolu üzərindəki ərazidə mədəni əlaqələrin genişlənməsindəki rolundan bəhs edib. O, həmçinin təsviri incəsənət və ədəbiyyatda xalq musiqi alətlərinin yeri və rəhbərlik etdiyi muzeydəki Çin ənənəvi musiqi alətləri kolleksiyasının xüsusiyyətləri barədə məlumat verib.

Seminarda çıxış edən ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin nadir ənənəvi musiqi növləri, janr və üslubları, Qərbi və Mərkəzi Asiya musiqisi və musiqi alətlərinin bu ölkəyə daxil edilməsinə səbəb olan beynəlxalq musiqi əlaqələri barədə danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.