ELM VƏ TƏHSİL


Dillər Universitetində Cəfər Cabbarlının ev-muzeyinin səyyar sərgisi təşkil edilib

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Cəfər Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərgi təşkil olunub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı, muzeyin əməkdaşları iştirak ediblər.

Səyyar sərgidə C.Cabbarlının yaradıcılığını əks etdirən 10 stend və müəllifin müxtəlif illərdə çapdan çıxmış kitabları nümayiş olunub.

Tələbələrə muzeyin yaranma tarixi, C.Cabbarlının zəngin yaradıcılığı, teatrlarda tamaşaya qoyulan əsərləri barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.