CƏMİYYƏT


Dillər Universitetində elmi-praktik konfrans

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin prorektoru, professor Əfqan Abdullayev türkologiya elminin tarixində mühüm əhəmiyyət kəsb edən qurultayın türk ədəbi dili, əlifba, termin məsələləri, eləcə də, tarix, ədəbiyyat istiqamətlərində çox önəmli bir hadisə olduğunu bildirib.

Ə.Abdullayev Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Pedaqoji Universitetinin professorları Buludxan Xəlilov və Həcər Hüseynova Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıblar. Çıxışlarda qurultayın çağırılmasını zəruri edən səbəblərdən bəhs olunub.

Sonra ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev “Rəsmi dairələrin Birinci Türkoloji Qurultaya açıq və gizli münasibəti” mövzusunda çıxışında qurultayın tarixi, əhəmiyyəti, məqsədi haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.