ELM VƏ TƏHSİL
Dillər Universitetində müəllimlərdən beynəlxalq sertifikat tələb olunacaq
Bakı, 22 fevral, AZƏRTAC
Növbəti tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin (ADU) kafedralarında boş müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Məlumatda bildirilir ki, bu, müqavilə müddəti bitmiş müəllimlərə, eləcə də attestasiyadan keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.
Rəhbərliyin bu qərarı universitetin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və tədris prosesinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.