CƏMİYYƏT


Dillər Universitetinin əməkdaşı Norveçdə keçirilən beynəlxalq seminarda iştirak edib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) xarici dillər kafedrasının baş müəllimi Anar Rəhimov Norveçin Xarici işlər Nazirliyinin və Oslo Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda iştirak edib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Oslo Universitetində təşkil olunan seminarda A.Rəhimov ABŞ-ı, Bolqarıstanı və Estoniyanı təmsil edən Norveç dili və ədəbiyyatı mütəxəssisləri ilə fikir mübadiləsi aparıb.

Norveçin müxtəlif universitetlərini təmsil edən professorların mühazirələrinin dinlənildiyi seminarda, həmçinin müasir Norveç ədəbiyyatı və dilinin tədrisi zamanı meydana çıxan çətinliklər, bu ölkəyə mühacirət kimi mövzulara da toxunulub.

Dünyanın 20 ölkəsindən 35 Norveç dili və ədəbiyyatı mütəxəssisinin qatıldığı seminarın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.