ELM VƏ TƏHSİL


Dillər Universitetinin müəllimləri İtaliyada təcrübə keçiblər

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin italyan dili üzrə baş müəllimləri Günel Bayramova, Aydan Əliyeva və Dilşad Pənahova müəllimlərin təkmilləşdirilməsi kursunda iştirak etmək məqsədilə İtaliyanın Peruca şəhərinə ezam olunublar. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

İtaliyanın ən qədim universitetlərindən olan Peruca Əcnəbilər Universitetinin ən son pedaqoji yenilikləri ilə tanış olan ADU-nun müəllimləri kursu müvəffəqiyyətlə başa vuraraq təcrübə keçib və bilik mübadiləsi aparıblar.

Onlar İtaliyanın məşhur tərcümə institutunun professoru, yazıçı Bruno Osimo və beynəlxalq əlaqələr şöbəsinin əlaqələndiricisi Fabrizia Parini ilə görüşüblər. Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi ilə elmi müstəvidə əməkdaşlıq cari ilin may ayında ilk videokonfrans təcrübəsi nəticəsində baş tutub.

Əməkdaşlıq çərçivəsində Milan Tərcümə İnstitutunda olan müəllimlərimiz İtaliya ilə Azərbaycan arasında müəllim-tələbə mübadiləsi, universitetlərarası elmi əməkdaşlığı möhkəmləndirmək və müvafiq institutların təcrübələrindən qarşılıqlı şəkildə bəhrələnmək istiqamətində bir sıra səmərəli görüşlər keçiriblər.

Fabrizia Parini videokonfrans təcrübəsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, belə konfransların gələcəkdə müxtəlif proqramlar çərçivəsində istifadəsinin vacibliyindən və müsbət nəticələrindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.