CƏMİYYƏT


Dillər Universitetinin tələbələri “Daxili motivasiya üçün 3D səyahət” təliminə böyük maraq göstəriblər

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, interaktiv təlimdə “SABAH” qruplarının baza ali təhsil müəssisələri olan müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Təlim zamanı ingilis dilində ünsiyyət və şəxsi inkişaf proqramı olan “GR8”in həmtəsisçisi və biznes inkişafı üzrə meneceri, təlimçi Coşqun Kərimov hobbini işə çevirmək, dövrün tələblərinə uyğun fərdi inkişafın formalaşdırılması, təqdimat bacarığı və CV-nin (tərcümeyi-hal) düzgün hazırlanması yolları barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.