ELM VƏ TƏHSİL


Dillər Universitetinin tələbəsi İndoneziyada təcrübə keçir

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin indoneziyaşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Gülnar Babazadə İndoneziyanın Bali əyalətinin Denpasar şəhərində təcrübə keçir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, “İndoneziya incəsənəti və mədəniyyəti” təqaüd proqramı çərçivəsində təcrübədə olan Gülnar Babazadənin fəaliyyəti yalnız bu ölkənin dilini, mədəniyyəti və incəsənətini öyrənməklə məhdudlaşmır. O, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərir. Bu məqsədlə ADU-nun tələbəsi iyulun 19-dan 23-dək Surabaya şəhərində keçirilmiş Həcc və Ümrə Beynəlxalq Turizm Sərgisində ölkəmizi təmsil edib. O, tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və təbiəti haqqında İndoneziya dilində geniş məlumat verib, ölkəmiz haqqında qısa videoçarx təqdim edib, sonda isə “Uzundərə” rəqsini ifa edib. Çıxışının böyük maraqla qarşılandığını vurğulayan Gülnar Babazadə deyib: “Tədbirdə iştirakımı çox faydalı hesab edirəm, çünki İndoneziyada çoxunun Azərbaycan haqqında məlumatı məhduddur və iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün təbliğata böyük ehtiyac var. Ümid edirəm ki, ölkəmizi yetərincə tanıda bildim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.