ELM VƏ TƏHSİL


Diltəkmilləşdirmə təlimlərinə başlanılıb

Bakı, 12 yanvar, AZƏRTAC

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində diltəkmilləşdirmə təlimlərinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, diltəkmilləşdirmə təlimlərinin həyata keçirilməsinin əsas məqsədi müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.

“British Council”in peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən 12 inzibati rayon üzrə müəyyənləşdirilmiş təlim mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, diltəkmilləşdirmə təlimini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb ediləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.