MƏDƏNİYYƏT


Dima Bilan: “Jara” dünya miqyasında parlaq musiqi hadisəsidir

Bakı, 31 iyul, AZƏRTAC 

Mən Azərbaycana, Bakıya həmişə xüsusi məmnuniyyət hissi ilə gəlirəm. Bu gözəl, əsrarəngiz diyarın sakinləri mənə hər zaman qonaqpərvərlik və səmimiyyət göstərir. Əlbəttə, yaradıcılığımı izləyənlər, ifamı dinləyənlər, məni sevənlər var. Bu da məni olduqca sevindirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Dima Bilan söyləyib.

“Jara” festivalını bütövlükdə dünya miqyasında parlaq musiqi hadisəsi adlandıran Dima Bilan bu möhtəşəm bayrama Rusiyanın, eləcə də dünyanın tanınmış estrada ulduzlarının toplaşdığını vurğulayaraq deyib: “Bu mükəmməl musiqi bayramının bir parçası olmaq məni sevindirir. Əminəm ki, tamaşaçılar dörd gün şəfəq saçan bu festivalı hələ uzun müddət xatirələrində yaşadacaqlar. Çox istərdim ki, “Jara” ənənəvi xarakter alsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.