ELM VƏ TƏHSİL


Din tariximizdə xüsusi yeri olan dastan - “Xavərnamə”

Bakı, 22 iyun, AZƏRTAC 

XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış dörd raşidi xəlifədən biri Həzrət Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımızın öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

Əsəri filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova transfonoliterasiya edərək müqəddimə yazıb və nəşrə hazırlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.