İDMAN


“Dinamo” rəhbərliyi Roman Qriqorçuku komandaya cəlb etmək istəyir

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Kiyevin “Dinamo” futbol klubu yeni baş məşqçi axtarışına çıxıb.

AZƏRTAC Ukraynanın “sportanalytic” saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi hazırkı çalışdırıcı Sergey Rebrovun işindən narazıdır.

Cari mövsümdə ilk dörd oyunun üçündə məğlub olan “Dinamo” rəhbərliyi bu səbəbdən sabiq futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Onun postuna namizəd kimi iki nəfər göstərilir. Bunlar “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və Rusiyanın “Krasnodar” klubunun keçmiş çalışdırıcısı Oleq Kononovdur. Məlum olub ki, məşqçi axtarışı ilə birbaşa klubun sahibi İqor Surkis məşğul olur.

Ukrayna mətbuatı Kononovla anlaşmanın daha real olduğunu yazıb. Onlar buna səbəb kimi, Qriqorçukun “Qəbələ” ilə birlikdə UEFA Avropa Liqasının qrup mərhələsində çıxışını göstəriblər. Kiyev təmsilçisi Qriqorçukla danışıqlara hələ start verməyib.

Qeyd edək ki, əvvəllər “Metallurq” və “Çernomorets” kimi klubları çalışdırmış Roman Qriqorçuk 2015-ci ilin əvvəlindən “Qəbələ”yə rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.