MƏDƏNİYYƏT


Dinara Əliyevanın “Opera Art” Beynəlxalq Festivalının konsertlərindən biri rus romanslarına həsr olunacaq

Bakı, 9 mart, AZƏRTAC

Dinara Əliyevanın “Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı çərçivəsində martın 16-da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında “Rus romansları” konsert proqramı təqdim ediləcək.

AZƏRTAC festivalın rəsmi saytına istinadla xəbər verir ki, konsertdə rus bəstəkarlarının romanslarını festivalın bədii rəhbəri, Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək. Onu Rusiyanın Əməkdar Artisti Lyubov Venjik (fortepiano) və beynəlxalq mükafatlar laureatı Pyotr Karetnikov (violonçel) müşayiət edəcək. Konsertdə P.Çaykovski, R.Qlier, N.Rimski-Korsakov və S.Raxmaninovun romansları səsləndiriləcək.

“Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı aprelin 13-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.