QAN YADDAŞI
Dinc əhaliyə qarşı törədilən qətliam erməni vəhşiliyinin göstəricisidir
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsindən 25 il ötsə də hələ də bu qətliamı ürəkağrısı ilə anıram. Törədilən soyqırımı dünyaya ermənilərin necə vəhşi millət olduğunu bir daha sübut etdi. Artıq bütün dünya onların bəşəriyyət üçün təhlükəli olduğunu bilir.
Bu fikirləri paytaxt sakini Dilən Qədimoğlu AZƏRTAC-a müsahibəsində səsləndirib.
Nankor düşmənlərimiz Xocalı soyqırımında əliyalın, dinc əhaliyə divan tutublar, soydaşlarımızı körpə, qoca, xəstə demədən insanlığa yaraşmayan işgəncələrlə qətlə yetiriblər. Bu onların acizliyinin göstəricisidir. Bədxah qonşularımız bizim millətə qarşı nə qədər amansızlıq etsələr də, biz onlara qarşı elə ola bilmərik. Çünki vicdanımız buna yol verməz.
D.Qədimoğlu bildirib ki, biz bir olsaq bütün dünyaya qarşı gələ bilərik. Müsahibimiz fikirlərini bu sözlərə bitirib: “Pisliklə qalib gələn şəxs məğlubdur, günahla irəli gedən zəfər çalmaz”.