SİYASƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin hərbi dənizçilərlə görüşü keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə HDQ-nin şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə mövzularında çıxış ediblər.

Sonda belə tədbirlərin dini radikalizmə qarşı mübarizə istiqamətində müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.