CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək (ünvan: Heydər Əliyev prospekti 42).

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.