CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edəcək

Bakı, 20 iyul, AZƏRTAC 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerik şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək. Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Lerik şəhərindəki Mədəniyyət Mərkəzində saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Əlaqə telefonları: (050) 380-27-43, (02525) 5-39-84. E-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.