REGİONLAR


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşlarla görüşüb VİDEO

A+ A

Qazax, 31 avqust, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların hər birini diqqətlə dinləyib.

İyirmidən çox vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin isə

araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.