REGİONLAR
Dini radikalizm gələcəyimiz üçün təhlükədir
Masallı, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 4-də Masallı şəhərindəki Gənclər Mərkəzində rayon icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, rayon ağsaqqallar şurasının üzvü Şərafət Əzimov və digərləri mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda dini radikalizmin gələcəyimiz üçün təhlükə olduğu qeyd edilib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, azərbaycançılıq ideologiyasının təbliğinin vacibliyi diqqətə çatdırılıb.