REGİONLAR


Dini radikalizm və zərərli vərdişlər cəmiyyət üçün ağır bəladır

Kürdəmir, 2 iyun, AZƏRTAC 

Kürdəmirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Tofiq İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə ziyalılar, yeniyetmə və gənclər iştirak ediblər. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında dini radikalizmin meydana gətirdiyi fəsadlardan danışıb. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənələrinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Natiq, habelə bəşəriyyət üçün ağır bəla olan narkomaniyanın insana, ailəyə və cəmiyyətə vurduğu ziyanlara da toxunub, bu cür əməllərin insan sağlamlığında problemlərin yaranmasına gətirib çıxardığını vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, polis şöbəsinin əməkdaşları Nizami Abbasov və Asif Əhmədov dini radikalizm və ekstremizm, narkomaniya və onun fəsadları barədə ətraflı danışıb, bu sahədə rayonda görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, zərərli vərdişlər müasir dövrdə aktuallıq kəsb edir və bu gün həmin problemlərin həlli yollarından biri də yeniyetmə və gənclər arasında vaxtaşırı maarifləndirmə işlərinin aparılmasıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.