REGİONLAR


Dini radikalizmə qarşı mübarizədə gənclər fəal olmalıdırlar

A+ A

Bərdə, 4 noyabr, AZƏRTAC

Respublikamızın bütün bölgələrini əhatə edən dini maarifləndirmə işləri radikal və ekstremist dünyagörüşün Azərbaycan cəmiyyətinə sirayət etməsinin, xüsusilə də, gənclərin milli-mənəvi dəyərlərimizə zidd ideologiyaların təsiri altına düşməsinin qarşısının alınmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikir Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə “Dövlət və din” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Yuxarı sinif şagirdləri və gənc müəllimlərin iştirak etdiyi tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək, Azərbaycanda qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mənəvi və dini münasibətlər sisteminin formalaşmasından, ölkəmizdə hər zaman yüksək tolerantlıq mühitinin hökm sürməsindən danışıb.

Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxışında diqqəti müasir dünyada, xüsusilə Yaxın Şərqdə dini zəmində baş verən münaqişələrə, dini radikalizm və ekstremizmin artmasına çəkib. Qeyd edib ki, müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə Azərbaycanda da öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərsələr də, məqsədlərinə nail ola bilməyiblər.

Rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov bildirib ki, dini radikalizm və fanatizmə qarşı mübarizədə hər bir vətəndaş dövlətlə eyni mövqedən çıxış etməlidir. Xüsusilə gənclər bu işdə fəallıq göstərməlidirlər.

Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov ölkəmizdə gənclərin hərtərəfli inkişafına, xüsusilə təhsilə göstərilən diqqət və qayğıdan, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb, bu cür maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Diskussiya ilə davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.