CƏMİYYƏT


“Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusu Qəbələdə müzakirə edilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələdə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rayondakı dini durum barədə ümumi məlumat verib. Bildirib ki, Qəbələ rayonu Azərbaycanda müxtəlif xalqların, dini konfessiyaların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. O qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə məlumat verib. Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən sədrin birinci müavini, eyni zamanda, gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.

Daha sonra mərkəzi “Cümə” məscidinin naib imamı Saleh Şirinov, Qəmərvan dini icmasının sədri İkram Ziyadov mövzu ətrafında məruzələrlə çıxış ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.