İQTİSADİYYAT


“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Bakı, 24 may, AZƏRTAC

“Elektron hökumət” portalında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət yenilənib. Məlumat bazasına olunan əlavələrdən sonra ali məktəb məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə etmək imkanı qazanıblar.

Qeyd edək ki, indiyədək "Diplom haqqında arayış" elektron xidməti 2012-2013-cü illərin məlumatını özündə əks etdirirdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bir neçə ildir ki, portal istifadəçilərinin ixtiyarında olan adı çəkilən xidmətə istifadəyə verildiyi tarixdən bu günədək 58 min 424 dəfə müraciət qeydə alınıb.

Elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu təhsil müəssisəsinin adı, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası, fakültə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini tapır.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. İstifadəçilər arayışı əldə etmək üçün 2 üsuldan istifadə edə bilər.

“Diplomun Seriya və Nömrəsinə görə” axtarışı seçən istifadəçi diplomun seriya nömrəsini, adının birinci hərfini, soyadının birinci hərfini və ata adının birinci hərfini sistemə daxil edib, "Göstər" düyməsini seçməklə elektron arayışını əldə etmiş olacaq.

“FİN-ə görə” axtarış düyməsini seçdikdə isə sistemə heç bir məlumat daxil edilmir. Sistem qeydiyyatdan keçmiş istifadəçini identifikasiya etdiyindən FİN nömrəsi avtomatik olaraq ekranda əks olunur. Sadəcə "Göstər" düyməsini seçməklə diplom haqqında məlumatı ekranda görmək mümkündür.

Qeyd edək ki, elektron arayışın aşağısında əks olunan ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir və bu ştrix koddan istifadə edərək arayışı qəbul edən təşkilat sənədin həqiqiliyini yoxlaya bilər. Bunun üçün isə portalın təqdim etdiyi "Elektron arayışların yoxlanılması" elektron xidmətinə daxil olaraq, arayışın ştrix kodunu qeyd etməklə elektron arayışa yenıdən baxmaq imkanı vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.