SİYASƏT
“Diplomat Magazine” jurnalı Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı keçirdiyi görüşlərdən yazıb
Brüssel, 21 fevral, AZƏRTAC
Baş ofisi Haaqa şəhərində yerləşən, Benilüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan “Diplomat Magazine” jurnalının rəsmi internet səhifəsində Prezident İlham Əliyevin fevralın 5-6-da Belçikaya səfəri və Brüsseldə keçirdiyi görüşlər barədə “President Aliyev in Brussels” (http://www.diplomatmagazine.nl/2017/02/20/president-aliyev-in-brussels/) başlıqlı xəbər dərc olunub.
Materialda Prezident İlham Əliyevin Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Belçika Kralı Filiplə keçirdiyi görüşlər barədə qısa xəbər verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel