İDMAN


Dırmanma idman növü 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Dırmanma idman növü 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilib. Beynəlxalq Olimpiya Komitəsinin Rioda keçirilmiş sessiyasında 5 yeni idman növündən biri olaraq, son illər getdikcə populyarlaşan idman dırmanmasının dünyanın ən mötəbər idman hadisəsi olan Olimpiya Oyunlarına daxil edilməsi yekdil olaraq təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2011-ci ildən Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) üzvüdür. FAİREX 2013-cü il və 2014-cü ildə Bakıda idman dırmanması üzrə dünya kubokunun təşkilatçısı olub.

FAİREX-in yığma komandası müxtəlif ölkələrdə, dırmanmanın fərqli növləri üzrə ölkəmizi təmsil edib. İyulda Gürcüstanda keçirilən çempionatda Azərbaycan komandası birinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.