CƏMİYYƏT
Diş əti problemləri xərçəngin inkişafına yol açır
Bakı, 27 oktyabr, AZƏRTAC
İsveç Tibbi Tədqiqatlar İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, diş əti problemləri orqanizmdə onkologiyanın formalaşması amilləri ilə sıx bağlıdır. Alimlər diş ətini zəifləmiş insan orqanizmində bədxassəli şişin sürətlə inkişafının əsas səbəblərindən biri adlandırıblar.
AZƏRTAC “greenrussia.ru” saytına istinadla xəbər verir ki, tədbir görülməzsə, orqanlarda bədxassəli xərçəngin sürətlə inkişafını dayandırmaq mümkün olmayacaq.
Ekspertlər diş əti xəstəliklərindən əziyyət çəkən insanlara müraciət edərək, onları dərhal regional stomatoloji kabinetlərə müraciət etməyə çağırıblar. Diş ətinin hətta azacıq ağrıması, zəifləməsi və qanaxması orqanizmdə onkologiya əlamətlərindən birinin formalaşmasının səbəbi ola bilər.