CƏMİYYƏT


Diş pastası infarkt və insultun qarşısını alır

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Amerikalı mütəxəssislər diş pastasının tamamilə qeyri-adi xüsusiyyətini aşkarlayıblar. Diş pastası orqanizmdə hər hansı iltihabın qarşısını alır, həm də güman ki, insult və infarkt riskini azaldır.

AZƏRTAC “kp.ru” saytına istinadla xəbər verir ki, tədqiqat çərçivəsində respondentlər iki ay ərzində diş təmizləmənin müəyyən qaydalarına riayət etməli olublar. Birinci qrupa “Plaque HD” markalı, ikinci qrupa isə tərkibində ərpin öhdəsindən gələ bilən maddələrin olmadığı plasebo pastası verilib. Təmizləmənin nə dərəcədə səmərəli olduğunu yoxlamaq üçün iştirakçılar ağızlarını flüoresent məhlulla yaxalayıblar. Bundan sonra ultrabənövşəyi işıq altında ağız boşluğunun şəkli çəkilib.

Məlum olub ki, tərkibində inqrediyent olan pasta ərpin qarşısını almaqdan başqa, insan orqanizminə müsbət təsir göstərir, bu və ya digər iltihabı qabaqlayır. Bundan əlavə, pasta ürək-damar xəstəliklərinin qarşısını alır, çünki orqanizmdəki C-reaktiv zülalın səviyyəsini azaldır. Hər hansı iltihab zamanı və ya ürək-damar xəstəliyi risklərində məhz bu zülalın göstəriciləri artır.

Lakin əldə edilən nəticələr heç də o demək deyildir ki, indi infarkta və insulta qarşı yalnız diş pastasının köməyi ilə mübarizə aparmaq lazımdır. Ekspertlər bu cür profilaktikanın ürək-damar xəstəliklərində effektivliyini müəyyən etmək üçün tədqiqatları davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.