MƏDƏNİYYƏT
“Disney xəzinəsi” Bakıda
Bakı, 18 iyul, Flora Şükürova, AZƏRTAC
İyulun 18-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, müəllif 60-dək sənət əsərinin yer aldığı sərgini disney qəhrəmanlarına həsr edib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək bildirib ki, gənc fırça ustası tərəfindən seçilmiş bütün disney personajları parlaq və rəngarəngliyi ilə diqqətini cəlb edir. Ən heyranedici personaj Mikki Mausun özüdür.
Qeyd olunub ki, Elmira Rəcəbova məşhur obrazların bütövlükdə qalereyasını yaradır. Gözəl Belosnejka, möcüzələr ölkəsində dəcəl Alisa, qaraçı Esmiralda və gözəl Ariyelin onun yaradıcılığında ən romantik obrazları yeri tutur.
Vurğulanıb ki, onun yaradıcılığında kişi obrazları zəkalı Ələddin və cəsarətli Tarzan, eləcə də oxşar nağılların digər nümayəndələri də əks olunur. Müəllif sevimli ayı balası Vinni Pux və maral balası Bembini özünün dostları ilə və çoxsaylı başqa qəhrəmanları çəkir.
Sonra qonaqlar bir həftə davam edəcək sərgi ilə tanış olub.