DÜNYA


Dispetçerlərdən xəbərdarlıq: Britaniya səmasında təyyarələrə yer çatmır

Bakı, 22 iyul, AZƏRTAC

Dispetçerlər rekord uçuşlar səbəbindən Britaniyanın hava məkanında təyyarələrə yer çatmadığı barədə xəbərdarlıq edirlər.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, ötən cümə günü Britaniya üçün ilin təyyarələrlə ən çox yükləndiyi günü ola bilər: aviadispetçerlər 8800-dən çox reysi qarşılayıb və yola salıblar. Bu, ölkənin aviasiya tarixində rekord göstəricidir.

Hava hərəkətinin idarə olunması üzrə Milli Xidmətin resursları artıq son həddə yaxınlaşır. Dispetçerlər ölkə hava məkanının idarə olunması sistemini köklü surətdə modernləşdirilməyə çağırırlar. Məhz belə bir vaxtda Böyük Britaniya hökuməti yaxın 30 il üçün aviasiya sahəsinin inkişaf strategiyasını müzakirə etməyə başlayıb.

Britaniya nəqliyyat departamentinin hesablamalarına görə, hava məkanının idarə olunması sistemində dəyişiklik baş verməzsə, 2030-cu ildə ölkədə reyslərin gecikməsi halları 2015-ci illə müqayisədə 50 dəfə artacaq, il ərzində 8 min reys isə ləğv olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.