İQTİSADİYYAT


Dividendlər üzrə büdcə daxilolmaları illik proqnozun 8,4 faizini təşkil edib

Bakı, 29 iyul, AZƏRTAC

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5950,0 min manat təsdiq olunub. Bundan 150,0 min manat "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı, 4118,0 min manat "Azər-Türk Bank" ASC, 1682,0 min manat "Azərlotereya" ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.

AZƏRTAC Hesablama Palatasına istinadla xəbər verir ki, bu mənbə üzrə daxilolmalar 2017-ci ilin 6 ayında icra 500,0 min manat, yəni illik proqnozun 8,4 faizi həcmində təşkil edib. Həmin məbləğ 2016-cı ilin yekunlarına görə, mənfəətin bölüşdürülməsi nəticəsində "Azərlotereya" ASC-dən daxil olub. Bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərəfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.