SİYASƏT


Divina Sergio: Azərbaycanda səsvermə hətta İtaliyadakından da intizamlı keçir

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Məntəqələrdə səsvermə prosesi yüksək səviyyədə təşkil olunub. Deyə bilərəm ki, Azərbaycanda səsvermə İtaliyadakından da intizamlı keçir.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən İtaliya parlamentinin üzvü Divina Sergio jurnalistlərə açıqlamasında deyib.

D.Sergio bildirib ki, səhər saatlarından səs verməyə gələn vətəndaşların sayı kifayət qədər olub. O deyib: “Biz ATƏT, Avropa Şurasının nümayəndəsi kimi, müxtəlif ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda da bundan əvvəl seçki proseslərini izləmişəm. Azərbaycanda keçirilən səsvermə Avropa standartlarına daha çox uyğun gəlir. Hətta bəzən Avropa standartlarını da ötüb keçir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.