DÜNYA
Diyarbakır vəkillər bürosunun sədri silahlı hücum nəticəsində öldürülüb VİDEO
İstanbul, 28 noyabr, AZƏRTAC
Türkiyənin Diyarbakır vilayətinin vəkillər bürosunun sədri Tahir Elçi PKK terror qruplaşmasının hücumu nəticəsində həlak olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, terror təşkilatının daha əvvəl törətdiyi hücumlarla əlaqədar noyabrın 28-də Diyarbakır vilayətinin Sur rayonunda təşkil olunan mətbuat konfransı zamanı silahlı basqın edilib. Təhlükəsizlik qüvvələri dərhal cavab atəşi ilə hücumun qarşısını almağa çalışıblar.
Baş verən atışmada Tahir Elçi həlak olub, üç polis əməkdaşı, Anadolu Agentliyinin müxbiri Əziz Aslan və bir neçə nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan polis əməkdaşlarından biri xəstəxanada dünyasını dəyişib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]