DÜNYA


Diyarbəkirdə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub VİDEO

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də səhər saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda polis idarəsi yaxınlığında baş verən güclü partlayış nəticəsində 8 nəfər həlak olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım ölənlərdən ikisinin polis, digərlərinin isə mülki şəxslər olduğunu bildirib.

Baş nazir deyib ki, terrorçulardan biri məhv edilib. Xəstəxanalara yerləşdirilən 100-dən çox yaralıdan 93-ü artıq evə buraxılıb. Yeddi nəfərin isə müalicəsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.