DÜNYA


Diyarbəkirdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb [YENİLƏNİB]

A+ A

Ən son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb. Ölənlərdən 4-ü polis əməkdaşı, 3-ü isə mülki şəxsdir.

Xəsarət alan 21 nəfərin müalicəsi davam etdirilir.

 

16:43

İstanbul, 15 avqust, AZƏRTAC 

Avqustun 15-də PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətindəki Nəqliyyata Nəzarət İdarəsinin binasının qarşısında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunu işə salıblar. Nəticədə iki polis və bir uşaq həlak olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 25 nəfər yaralanıb. Xəsarət alanların ərafdakı xəstəxanalara çatdırıldığı bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.