CƏMİYYƏT


Diz oynaqlarının total endoprotezləşdirilmə əməliyyatı uğurla keçirilib

A+ A

Bakı, 3 fevral, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 66 yaşlı pasiyentdə diz oynaqlarının total endoprotezləşdirilmə əməliyyatı icra olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, hər iki dizin qonartrozu diaqnozu ilə RMDM-ya müraciət edən 66 yaşlı pasiyentin kliniki və rentgenoloji müayinəsindən sonra ortoped-travmatoloq Altay Cəfərov və ümumi cərrah Ruslan Rəhimov tərəfindən pasiyent üzərində hər iki diz oynağının total endoprotezləşdirilmə əməliyyatı uğurla keçirilib.

Pasiyent hazırda özünü yaxşı hiss edir, ağrı və şikayətləri yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.