İDMAN


Dmitri Kozak: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub

Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı çox gözəl təəssüratlarım yarandı. Təşkilatçılıq möhtəşəmdir və şəhər trasında hər şey gözəl təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak iyunun 25-də Bakıda jurnalistlərə müsahibəsində deyib.

Gələcəkdə Formula-1 Soçi Qran-Prisinin keçirilməsi zamanı Bakı təcrübəsində istifadə edəcəklərini vurğulayan D.Kozak Rusiyada təşkil olunan yarışın müddətinin 2025-ci ilədək uzadıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, Soçi və Bakı bir-birinə həmişə kömək edir və mövcud təcrübədən yararlanır. 2014-cu ildə Azərbaycan nümayəndə heyəti Soçi Qran-Prisində iştirak edib təcrübə qazanırdı. Hazırda biz Bakının təcrübəsi ilə yaxından tanış oluruq.

“Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə tərəfdaşdır. Rəqabətimiz ancaq şəhərlərimizin gözəlliyi baxımından ola bilər. Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub. Bu cür yarışın təşkil edilməsi üçün güclü iradə lazımdır. Bakı yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə dünyada daha da tanınmış şəhərə çevrilir”, - deyə D.Kozak əlavə edib.

Növbəti mövsüm Soçi Qran-Prisinin sentyabrda təşkil olunması ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına müraciət etdiklərini vurğulayan Rusiya Baş nazirinin müavini bildirib: “Gələn il Rusiya futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Düşünürəm ki, mundial başa çatdıqdan sonra Formula-1 yarışının təşkili üçün sentyabr ayı əlverişli tarixdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.