REGİONLAR


Dmitri Yablonski: Ümidvarıq ki, Qəbələ festivalı çərçivəsində bu gözəl diyara yenə də gələcəyik

A+ A

Zaqatala, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 8 ildir ki, Azərbaycan musiqisevərlərini dünyanın sənət inciləri ilə tanış edir. Builki festival avqustun 5-də başa çatsa da, Balakən, Zaqatala, Qax və Şəkinin yerli icra strukturlarının yaxından köməyi ilə kollektivimizin bu rayonlarda konsertləri davam edir. Məqsədimiz odur ki, regionlarda da musiqisevərlər bizi dinləyə bilsinlər, eyni zamanda, biz də bu gözəl diyarla yaxından tanış ola bilək. Həqiqətən də, buraların füsunkar təbiəti var. Uca dağlar xüsusilə insanı valeh edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski Zaqatalada jurnalistlərə müsahibəsində deyib.

Festivalın keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən D.Yablonski deyib: “Biz artıq gələcək planlar haqqında düşünürük. Ümid edirik ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində bu gözəl diyara yenə də gələcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.