DÜNYA


Dolu Gürcüstanda təsərrüfatlara ciddi ziyan vurub

Tbilisi, 10 iyul, AZƏRTAC

Gürcüstan ərazisinə yağan leysan yağışları və dolu ölkədə ciddi problemlər yaradıb. Dolu Laqodexi rayonu və ətraf kəndlərdə üzüm bağlarında məhsulu məhv edib.

Laqodexi bələdiyyəsi sədrinin müavini Qeorqi Bokeriya jurnalistlərə müsahibəsində deyib ki, iri buz parçaları şəklində olan dolu qısa müddət ərzində Laqodexi rayonunda və ətraf Matçimi, Niniqori, Baisubani, Aleni və Qiorqeti kəndlərində üzüm bağlarına ciddi ziyan vurub. Hazırda aidiyyəti orqanların nümayəndələri təsərrüfatlara dəyən ziyanın miqdarını hesablayır. İlkin məlumatlara görə, bir illik üzüm bağları və bar verən bağlarda məhsul məhv olub.

Qeyd edək ki, Gürcüstanın bölgələrinə yağan güclü leysan yağışları nəticəsində bəzi evlərə, təsərrüfatlara və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolunda sürüşmə baş verib. Yolda avtomobillərin hərəkətində fasilələr yaranıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.