DÜNYA


Dominikanlı jurnalistləri canlı yayımda güllələyiblər  VİDEO

Bakı, 15 fevral, AZƏRTAC

Dominikan Respublikasında yerli radiostansiyanın jurnalistləri canlı yayımda güllələnib.

AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, insident San-Pedro de Makoris şəhərində baş verib. Bir qrup silahlı şəxs 103FM radioqovşağına soxularaq əməkdaşlara atəş açıb. Atəş səsləri “Facebook” sosial şəbəkəsinə qoyulan canlı yayımın fraqmentlərində də aydın eşidilir.

Silahlı hücum nəticəsində aparıcı Luis Manuel Medina və prodüser Leo Martines həlak olub. Ağır yaralanan daha bir qadın jurnalist isə hospitala yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən üç nəfər həbs olunub. Jurnalistlərə hücumun motivləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.