DÜNYA
Donald Tramp ABŞ-ın strateji neft ehtiyatlarını satmağı planlaşdırır
Bakı, 24 may, Nihad Budaqov, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin dövlət büdcəsi layihəsi çərçivəsində ölkənin strateji xam neft ehtiyatlarının yarısını satmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Ağ Evdən ABŞ Konqresinə göndərilən 2018-ci ilin dövlət büdcəsinin qanun layihəsinə görə, ölkənin strateji xam neft ehtiyatlarının oktyabr ayında başlayacaq 2018-ci maliyyə ilindən etibarən qarşıdakı 10 ildə mərhələli olaraq satılmasının planlaşdırıldığı bildirilir.
Bu satışdan 2018-ci ildə 500 milyon dollar, 2018-2027 maliyyə illəri arasında isə ümumilikdə 16,6 milyard dollar gəlir əldə edilməsi planlaşdırılır.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, hazırda ölkənin 688 milyon barrel strateji xam neft ehtiyatı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]