DÜNYA


Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib

Bakı, 25 dekabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” - Tramp şənbə günü Twitter səhifəsində belə yazıb. “Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.