DÜNYA


Donald Tramp KİV-in onunla pis və ədalətsiz rəftarından gileylənib

Bakı, 17 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp gileylənib ki, tarixdə hələ heç bir siyasətçi ilə onunla olduğu qədər pis və ədalətsiz davranılmayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bunu Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısındakı çıxışında bəyan edib. “Məni Vaşinqton KİV-lərinə xidmət etmək üçün yox, Amerika xalqına xidmət etmək üçün seçiblər. Baxın görün, son vaxtlar mənimlə necə davranırlar, xüsusən də KİV”, - ABŞ Prezidenti belə deyib.

Tramp dəfələrlə açıq şəkildə bildirib ki, ölkə KİV-ləri qeyri-səhih informasiyalar yayaraq, ona qarşı məqsədli şəkildə çıxış edirlər. O, medianın bu fəaliyyətini kəskin pisləyərək, The New York Times qəzetini, CNN, NBC, CBS və ABC telekompaniyalarını Amerika xalqının düşməni adlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.