DÜNYA


Donald Tramp KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılması ilə əlaqədar bəyanat verib

Vaşinqton, 29 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikası (KXDR, yaxud Şimali Koreya) tərəfindən qitələrarası ballistik raketin sınaqdan çıxarılması ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir: “Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raketin sınaqdan keçirilməsi – bir aydan da az müddət ərzində ikinci belə test bu rejimin daha bir düşüncəsiz və təhlükəli addımıdır. Birləşmiş Ştatlar bu raket sınağını pisləyir, bu cür sınaqların və həmin silahların guya Şimali Koreyanın təhlükəsizliyini təmin etməsi barədə həmin rejimin müddəalarını rədd edir”. Prezident qeyd edib ki, əslində, belə sınaqların əks təsiri var. Belə sınaqlar və silahlar dünyanı təhdid edir, Şimali Koreyanı daha da təcrid edərək, iqtisadiyyatını zəiflətməyə davam edir.

Prezident Donald Tramp vurğulayıb: “Birləşmiş Ştatlar Amerikanın təhlükəsizliyini təmin etmək və regiondakı müttəfiqlərimizi müdafiə etmək üçün bütün gərəkli addımları atacaq”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.