DÜNYA
Donald Tramp Mahmud Abbasla üçüncü dəfə görüşəcək
Bakı, 23 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasla danışıqlar aparmaq üçün İordan çayının qərb sahilində yerləşən Vifliyem şəhərinə gəlib. Bu, Donald Trampın prezident seçildikdən sonra Mahmud Abbasla artıq üçüncü görüşü olacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqların əsas mövzusunu Fələstin və İsrail arasında sülhə nail olmaq cəhdləri təşkil edəcək. Bundan öncə isə ABŞ prezidenti Qüdsə səfər edərək İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Anadolu informasiya agentliyinin verdiyi məlumata əsasən, ABŞ liderinin “Həmas” təşkilatını terror qruplaşması adlandırması Qəzza sektorunda etirazla qarşılanıb. Aksiya iştirakçıları Qəzzanın şimalında yerləşən Cibaliya qaçqın düşərgəsindən başlayaraq yürüş təşkil edib.