DÜNYA


Donald Tramp NATO-nun sammitinə 1000 nəfərlik heyətlə gələcək

Bakı, 12 may, AZƏRTAC

Prezident Donald Trampın NATO-nun Brüsseldə keçiriləcək sammitinə ilk səfəri iki gün davam edəcək. ABŞ sammitdə 1000 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Belçikanın paytaxtına mayın 24-də axşam saatlarında gələcək, ertəsi gün sarayda kral Filippi ziyarət edəcək və Baş nazir Şarl Mişellə görüşəcək. Bundan sonra onun NATO sammiti çərçivəsində ikitərəfli və çoxtərəfli görüşləri planlaşdırılıb. ABŞ liderinin, eyni zamanda, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə görüşü də gözlənilir.

Şimali Atlantika Blokunun mayın 25-də keçiriləcək sammiti Trampın Avropa arenasında siyasi benefisi olacaq. NATO digər üzv ölkələrin əsasən Amerika istehsalı olan yeni döyüş texnikalarının alınması üçün hərbi xərclərini 40 faizə qədər artırması prosesini aktivləşdirmək şərti ilə Trampdan ABŞ-ın təşkilatın lider ölkəsi kimi bütün öhdəlikləri yerinə yetirilməsinə sadiqliyinin təsdiqini gözləyir.

Sammit çərçivəsində, həmçinin alyans rəhbərliyinin NATO-nun yeni qərargahına köçməsi ilə əlaqədar rəsmi mərasim də keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.