DÜNYA


Donald Tramp Venesuelaya hərbi müdaxilə variantını istisna etmir

Vaşinqton, 12 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp avqustun 11-də Venesuelanı silahlı müdaxilə ilə təhdid edib. Prezidentin bəyanatı Vaşinqtonun Venesueladakı siyasi böhrana reaksiyasında gözlənilməz eskalasiyanın yarandığını göstərir.

AZƏRTAC xəbər verir ki, son günlər Venesuelada böhran böyük miqyas alıb. Yeni qanunverici orqan hazırda müxalifətin nəzarətində olan konqresin səlahiyyətlərini qəsb edəndən sonra hökumət əleyhinə qüvvələr hərbi bazadan külli miqdarda silah qarət ediblər. D.Tramp öz bəyanatında deyib: “İnsanlar əzab çəkir və ölürlər. Bizim Venesuelaya dair çoxlu variantlarımız, o cümlədən ehtiyac yaranarsa, mümkün hərbi müdaxilə variantımız var”.

Qeyd edək ki, Venesuelada dörd ay sürən iğtişaşlar zamanı 120 mindən çox adam qətlə yetirilib, minlərlə adam həbs edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.